Binəqədidə “Vətən sizi unutmayacaq” adlı görüş keçirilib – FOTOLAR

0
103
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə Binəqədi Gənclər Evində Aprel döyüşlərinə həsr olunmuş “Vətən Sizi Unutmayacaq” adlı görüş keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, qonaq polkovnik-leytenant, Aprel döyüşləri və II Qarabağ müharibəsi iştirakçısı Asif Rəsulov olmuşdur.
Görüşdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və gənclər iştirak etmişlər.
Layihə rəhbəri və moderatoru Fərəh Quliyeva tərəfindən ünvanlanan, həmçinin gəncləri maraqlandıran suallar A.Rəsulov tərəfindən ətraflı cavablandırılmış, daha sonra qonaq öz döyüş yolundan, ordumuzun Aprel qələbəsindən və sonuncu iştirak etdiyi Vətən müharibəsində əsgər, gizir və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan söz açmışdır.
O, həmçinin qeyd etmişdir ki, Azərbaycan ordusu Vətən müharibəsində böyük Zəfər qazanmaqla bütün şəhidlərimizin qisasını aldı, xalqımızı 30 ildən bəri həsrətində olduğu Qarabağ torpaqlarına qovuşdurdu.
Sonda qonaq gənclərlə xatirə şəkli çəkdirmişdir.
Bineqedi.info
Bir 2 nəfər şəkili ola bilər
Bir 10 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar, ofis və içəridə şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 14 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 10 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 17 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləPakistanın Azərbaycandakı səfiri Binəqədi Gənclər Evində qonaq olub – FOTOLAR
Növbəti məqalədəBinəqədidə 20-dən artıq binadan oğurluq edilib