Binəqədi Rayon Gənclər və İdman idarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya Yox” adlı seminar keçiriləcək.
Bineqedi.info saytına verilən məlumata görə, seminarda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev iştirak edəcək.



