Binəqədidə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

0
199
deleduz-mehkeme-ogurluq-cinayet

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin mart-iyun aylarında rayon ərazisindəki bir mağazadan beş mobil telefon, iki avtomobildən akkumulyator, habelə iki evin həyətindən velosiped oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 300 manat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan yeniyetmə yaxalanılıb. Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə avqustun 5-də və 6-da rayon ərazisindəki iki evdən musiqi aləti, pul və bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Nəzərov tutulub.

Əvvəlki məqaləBinəqədidə toyda 2 nəfər bıçaqlanıb
Növbəti məqalədəValideyn himayəsindən məhrum binəqədili uşaqlar Qəbələyə gediblər