Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri yazır – MƏQALƏ

0
74
aslan-mehdiyev-bineqedi
Böyük siyasətin uğurları
Məlum olduğu kimi, 44 günlük Zəfər müharibəmizin dünya mediasında tirajlanması və bizim qələbəmizin ayrı-ayrı dövlətlərin hərbi mütəxəssisləri tərəfindən araşdırılması düşmənlərimizin havadarlarının ürəyincə olmadı.Bu mənada ermənilərin tez-tez təxribatlara əl atması, yenidən nəyəsə nail olma cəhdləri bizim dediklərimizi birbaşa sübut edir. Təəssüflər olsun ki, ermənilərə bu məsələdə dəstək olanlar, onları yenidən döyüşə həvəsləndirən xarici qüvvələr də kifayət qədərdir. Bu qüvvələr ermənilərin revanş edəcəklərini məhz hərbi yolla yenidən Azərbaycan torpaqlarını işğal edə biləcəklərini onlara müxtəlif vasitələrlə “həzm” etdirirlər. Məsələnin kriminal tərəflərindən biri də budur ki, erməniləri həvəsləndirməkdə Qarabağın azad olunmuş ərazilərində yerləşdirilmiş “sülhməramlıların” da rolu heç kimə sirr deyil. Baxmayaraq ki, Rusiya üçtərəfli bəyanatda öz üzərinə böyük bir öhdəlik götürübdü. Və yalnız ölkə prezidentini , eləcə də əlaqədər qurumların ciddi reaksiyasından sonra bu istiqamətdə müəyyən addımlar atılır.
Bütün bunlara baxmayaraq, Azərbaycan prezidentinin qətiyyəti və ardıcıl, dinamik, uğurlu, xarici siyasəti təkcə erməniləri deyil, həm də azərbaycanın digər əleyhdarlarının çıxılmaz duruma salmaqla onları reallıqla barışmağa məcbur edir. Bu mənada Brüsseldə keçirilən görüş xüsusi bir əhəmiyyət kəsb edir.
Artıq hər kəsə ovuc ici kimi bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyada sülhün, əminamanlığın qorunması, çətin vəziyyətdə olan dövlətlərə və xalqlara kömək əlinin uzadılması, demokratiyaya dəstək verilməsi, insanların xoşbəxtliyi sayəsində gördüyü işlər, həyata keçirdiyi tədbirlər həm dövlətimizin rəhbərinə, həm ölkəmizə, xalqımıza böyük hörmət qazandırmışdır. Təbii ki, bu da Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, diplomatik uğurları ölkəmizin haqq – ədalət uğrunda aparılan mübarizəsinə, inkişafımıza, demokratik bir dövlət kimi tanınmağımıza böyük təkan verir. Brüssel görüşündə əldə edilən nəticələr bu baxımdan xarakterikdir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətinin qələbəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin, Avropa İttifaqı Şurasının Prezidentinin üçtərəfli görüşündə müzakirə olunan məsələlərin bilavasitə ölkəmizin və xalqımızın milli maraqlarına cavab verməsi və xeyrimizə həll olunması indiki dövrdə – hadisələrə ikili standartlardan yanaşıldığı, əksər hallarda haqqın – ədalətin dəstəklənmədiyi, kölgədə qaldığı bir vaxtda diplomatiyamızın yeni uğuru və Prezidentimizin əməli fəaliyyətinin nəticəsidir.
Elə həmin görüşdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat üçün bəyanatında səsləndirdiyi fikirlər və qəbul olunmuş sənəddə əks olunan müddəalar bir daha Azərbaycanın irəli sürdüyü beş baza prinsipini özündə əks etdirir və dövlətimizin milli maraqlarına tamamilə uyğundur. Bu Ermənistan – Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılmasıdır ki, bununla bağlı hər iki ölkənin xarici işlər nazirlərinə təminat verilir. Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, sərhədlərdəki mövcud vəziyyətin qorunması və toxunulmazlığıdır.
Ən diqqət çəkən məqamlardan biri də artıq masada olan Sənəddə ATƏT- in Minsk Qrupunun qeyd edilməməsi, Dağlıq Qarabağ ifadəsinin işlədilməməsi, Minsk Qrupunun həmsədr instituna istinad edilməməsidir.Bunun əvəzində isə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan mexanizm və formatın yaradılmasına üstünlük verilməsi, avtomobil nəqliyyatı kommunikasiyalarının açılmasının zəruriliyinin gündəmə gətirilməsi bir daha deməyə əsas verir ki, Azərbaycan irəli sürdüyü məsələlərin həllinə nail olur və istədiklərini əldə etməkdədir.
Bütün bunların yekunu olaraq qeydv etməliyəm ki, bu görüş həm də, Azərbaycanın diplomatik sahədə daha bir uğura yol açdığını sübut etməkə Binəqədi rayon sakinlərini də ürəkdən sevindirir.
Aslan Mehdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri
Əvvəlki məqaləBinəqədidə evlərdən su sayğacları oğurlayan şəxs saxlanılıb – VİDEO
Növbəti məqalədəMərkəzi Bankın İdarə Heyətinə yeni üzv təyin edilib