Əziz gənclər, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir!
Bineqedi.info saytına verilən məlumata görə, 14 aprel 2022-ci il tarixdə layihənin növbəti görüşü “Zəngin ədəbi irsimiz” mövzusunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Zəhra Bədəlbəyli ilə olacaq.
Zəhra Bədəlbəyli 16-dan çox mahnının sözlərinin müəllifi, həmçinin 2008-ci ildə Azərbaycanı Avroviziya mahnı müsabiqəsində təmsil edən “Day After Day” mahnısının da sözlərinin müəllifidir.
O, hazırda, “Show me Azerbaijan” layihəsinin koordinatoru kimi Azərbaycan həqiqətlərini, ölkəmiz haqqında dolğun, düzgün informasiyanı dünya ictimaiyyətinə çatdırır.
Məkan: Binəqədi Gənclər Evi
Bineqedi.info
