Paşinyan: “7 rayonu Azərbaycana təhvil versəydim, minlərlə həyat xilas etmiş olardım”

0
55
pasinyan

“Yeddi rayonu Azərbaycana təhvil versəydim, minlərlə həyatı xilas etmiş olardım”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı deyib.

O qeyd edib ki, bunu etmədiyi üçün minlərlə itkiyə səbəb olan qərarların müəllifi olub:

“Bu gün beynəlxaq ictimaiyyət bizə açıq şəkildə deyir ki, Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq Ermənistan üçün böyük təhlükədir”.

Paşinyan çıxışında 44 günlük müharibədəki itkilərindən də danışıb. Onun sözlərinə görə, müharibə zamanı Ermənistan tərəfindən ümumilikdə 3825 nəfər ölüb.

Əvvəlki məqaləAzərbaycana giriş üçün PCR test tələbi ləğv edildi
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətinin də təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib – FOTOLAR