Azərbaycana giriş üçün PCR test tələbi ləğv edildi

0
49
yoluxma-koronavirus

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testini təqdim etmək tələbi ləğv olunub.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 15-dən etibarən:

– Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;

– Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Əvvəlki məqaləBinəqədidə taksi sürücüsünə qarşı quldurluq edilib
Növbəti məqalədəPaşinyan: “7 rayonu Azərbaycana təhvil versəydim, minlərlə həyat xilas etmiş olardım”