“İstilik tariflərini 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar, əhali buna razıdır”.
Bunu “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, xarici ekspertlər tariflərin artırılmasını təklif edir: “Biz isə başqa yol seçmişik. Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100% yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik. Amma istilik təchizatı sosial yönümlü olduğu üçün tariflərin artırılması barədə müraciət etməmişik və artım gündəmdə deyil”.
Modern.az