Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə “Hollivud” restoranının qarşısında qeydə alınıb.
Belə ki, restoranın qarşısında yolu keçmək istəyən gənc qadını maşın vurub. O, açıq kəllə-beyin xəsarəti alıb.
Yaralı Rəsulzadə qəsəbəsindəki Ə.D.Məlikov adına 6 saylı şəhər xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.