Binəqədidə evdən kişi meyiti tapıldı

0
113
evden-meyit

Bakıda mənzildən meyit tapılıb.

Bineqedi.info saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqqında məlumat verilib.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.

Bineqedi.info

Əvvəlki məqaləAna dilimizin inkişafı və təbliği ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır
Növbəti məqalədəBinəqədidə tender adı ilə dələduzluq edilib?