Binəqədi rayon İcra Hakimiyyətində yeni TƏYİNAT

0
67
bineqedi-sakinlerin-muracieti-xidmeti-seymur
Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 30 mart 2022-ci il tarixli 62 saylı Sərəncamı ilə Seymur Xanlar oğlu Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Seymur Xanlar oğlu Əliyev 14.02.1987-ci ildə Bakı şəhərində anadan olub. 1993-2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasında təhsil alıb. 2005-2009-cu illərdə Bakı Biznes Universitetində İnzibati İdarəetmə Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə təhsil alıb. 2009-2010-cu illərdə Hərbi Xidmətdə olub. 2013-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əmək fəaliyyətinə 2010-cu ildə “Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı” MMC-də fəaliyyətə başlayıb, 2013 cü ildən Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində müfəttiş operator vəzifəsinə təyin edilib.
Ailəlidir, iki övladı var.
Yeni təyinat münasibətilə Seymur Əliyevi təbrik edir və fəaliyyətində uğurlar diləyirik!
Bineqedi.info
Əvvəlki məqaləHeydər məscidində şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb – FOTOLAR
Növbəti məqalədəBirinci sinfə qəbul bu tarixdən başlanır