Binəqədidə Zərifə Əliyevanın anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib – FOTOLAR

0
75
elxan-allahverdiyev-bineqedi
Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına istirahət parkında
görkəmli oftalmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Böyük alim-kamillik və müdriklik zirvəsi” adlı tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi “Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Böyük alim-kamillik və müdriklik zirvəsi” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, millət vəkilləri – Madər Musayev, Eldar İbrahimov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, rayonun ictimai təşkilatları, hüquq-mühafizə və icra strukturları, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları ilk öncə Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə çiçəklər düzərək, onun əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev çıxışında tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru, görkəmli oftalmoloq-alim, ictimai xadim akademik Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işlərdən söz açaraq onun bütün yüksək keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, qayğıkeş ana, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, gözəl bir insan kimi əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd etdi.
Çıxış edən Millət Vəkili Eldar İbrahimov qeyd etdi ki, təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofuyeva Zərifə xanımı Azərbaycan qadınının adına, ünvanına şərəf, qürur gətirmiş, qadınlıq, zəriflik, möhtəşəmlik nümunəsi və bütün həyatı, ailəsi, fəaliyyəti örnək, məktəb olan insan kimi xarakterizə etdi.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd etdi ki, akademik Zərifə xanım Əliyevanın adını milyonlarla insan çox yaxşı xatırlayır. Onun adı nəcib qadın, qayğıkeş ana və bunların hamısını özündə ümumiləşdirən qəlbigeniş, insanlara nur bəxş edən şəxsiyyət kimi əbədiləşib. Zərifə xanım Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır.
Çıxışlardan sonra tədbir bədii kompozisiya və musiqi nömrələri ilə davam etdirildi. Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilmiş foto sərgi ilə tanış oldular.
Bineqedi.info
May be an image of 1 person, flower, outdoors and monumentMay be an image of 6 people, flower and outdoorsMay be an image of 1 person, standing, flower and outdoorsMay be an image of 4 people, people standing and outdoors
May be an image of 3 people, people standing, flower and outdoors
May be an image of 4 people and outdoors
May be an image of 12 people, people standing and outdoors
May be an image of 7 people, people standing and outdoors
May be an image of 5 people, people standing and outdoors
May be an image of 6 people, people standing and outdoors
May be an image of 1 person, standing and outdoors
May be an image of 2 people, people standing and outdoors
May be an image of 1 person, standing and flower
May be an image of 10 people, people sitting, people standing and outdoors
May be an image of 2 people, people standing and outdoorsMay be an image of 8 people, people standing, flower and outdoors
Əvvəlki məqaləBinəqədidə avtomobil 10 yaşlı uşağı vuraraq xəsarət yetirib
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Heydər məscidində iftar süfrəsi təşkil edilib – FOTOLAR