Millət vəkili Azay Quliyev Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi 1, 1v saylı, Süleyman Sani Axundov küçəsi 3, 3a, 3b, 4a və Kunanbayev küçəsi 1/2, 3/33, 24, 26 saylı binaların həyətində seçicilərlə görüşüb, onları narahat edən problemlərlə tanış olub.
Bineqedi.info saytına verilən məlumata görə, qaldırılan məsələlərin bir çoxu ilə bağlı görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən konkret qərarlar qəbul edilib.
Digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımlar atılacaq.
Bineqedi.info




