Binəqədidə evdən oğurluq edilib

0
124
yeddinci-polis-bineqedi

Binəqədidə evdən oğurluq edilib.

Bineqedi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə S.Məmmədova küçəsindəki evlərin birindən 400 manat, 400 ABŞ dolları, 1620 manat dəyərində 4 ədəd qol saatı, çanta və 2 ədəd kassa aparatının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Zaur Ərzimanov, Nurlan Məmmədov, Lənkəran rayon sakini Məmmədhəsən Nəzərli və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ərəstun Məmmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Bineqedi.info

Əvvəlki məqaləMillət vəkili Azay Quliyev 7-ci mikrorayonda seçicilərlə görüşüb – FOTOLAR
Növbəti məqalədəAzərbaycan və Ermənistan liderləri görüşəcək – Brüsseldə nələr müzakirə olunacaq?