Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evinin və Tünzalə Fan Clubun dəstəyi ilə “1 fırça, 1000 rəng” adlı sərgi təşkil olunub. Bineqedi.info saytına verilən məlumata görə, sərgi işarə dili təlimçisi və sosial layihələr üzrə təşkilatçı Nuranə Abıyeva, rəssam Emiliya Axundova, modelyer-dizayner Nəzrin Nəcəfova və marketinq üzrə mütəxəssis Oksana Səlimovanın təşkilatçılığı ilə keçirilib.
Sərgidə müxtəlif məhdudiyyəti olan gənc və yeniyetmələrin əsərlərinin satışı həyata keçirilib və verilən mövzuya əsasən birbaşa sərgidə rəsm əsərləri çəkilib.
Eyni zamanda bütün gənc rəssamların yanında rəsmləri və əl işləri ilə uğur qazanan, öz işini kütlələrə çatdıran şəxslər əyləşərək birlikdə bir fırça ilə min rəng yaradıblar. Sərginin sonunda iştirakçılara hədiyyələr və sertifikatlar təqdim olunub.
Bineqedi.info



















