Binəqədi Gənclər Evində Gənclər və İdman Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “Könüllülük Akademiyası 6” layihəsi keçirilirdi.
Bineqedi.info saytına verilən məlumata görə, layihənin bağlanış mərasimi keçirilib.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Günel Həsənova və layihənin iştirakçıları iştirak edib.
Açılış nitqi ilə çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova gəncləri təbrik edib, onlara uğurlar arzu edib.
Daha sonra layihədə fəal olan gənclərə söz verilib.
Onlar layihə müddətində keçirilən təlimlərin, görüşlərin faydasından, bu müddətdə qazandıqları təcrübələrdən danışıblar.
Layihə çərçivəsində gənclərimiz şəxsi inkişaf, karyera planlaşdırılması və psixologiya istiqamətində keçirilən təlim və tədbirlərdə, eyni zamanda mərkəzin müxtəlif departament və klub fəaliyyətində iştirak ediblər.
Sonda iştirakçılar sertifikat və hədiyyələrlə təltif ediliblər.
Bineqedi.info