M. Ə. Rəsulzadə qəsəbəsində bu küçə onun adını daşıyır…

0
58
bineqedi-sehid-jurnalist
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində keçmiş Sahilboyu küçəsi Şəhid jurnalist Məhərrəm İbrahimovun adını daşıyır.
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun anım günüdür. Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Göyçə mahalının Çəmbərək rayonu Ardanış kəndində anadan olub. 2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb. AZƏRTAC-da çalışdığı 20 ilə yaxın ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələr, ən isti, operativ xəbərlər onun təqdimatında işıqlandırılıb və hərbi jurnalist kimi ixtisaslaşıb. Ömrünün sonuna – şəhidlik zirvəsinə ucalanadək AZƏRTAC-da işləyib.
Uzun müddət cəbhəboyu zonada ezamiyyətlərdə olan, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, Aprel döyüşlərində, Tovuz döyüşlərində, Vətən müharibəsində ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm hərbi jurnalist kimi topladığı zəngin təcrübəni həvəslə digərləri ilə bölüşüb.
Bir 1 kişi ve yazı görseli olabilir
4 iyun 2021-ci il tarixində işğaldan azad olunan Kəlbəcər rayonunun, Susuzluq kəndi yaxınlığında çəkiliş qrupunu daşıyan avtomobilin minaya düşməsi zamanı həlak olub. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 14 iyunun 2021-ci il tarixində imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində keçmiş Sahilboyu küçəsi Şəhid jurnalist Məhərrəm İbrahimovun adını daşıyır.
Əvvəlki məqaləBinəqədidə təmir və bərpa işləri davam edir – FOTOLAR
Növbəti məqalədəKəmaləddin Qafarov: “Türkiyə daim ölkəmizin, xalqımızın yanında olub”