Binəqədi Gənclər Evində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib- FOTOLAR

0
80
Binəqədi Gənclər Evində Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, görüşdə Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, Binəqədi Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova, Gençlik ve Spor uzmanı Edip Yalçın, Gençlik ve Spor uzman yardımcısı Ozan Candaş Sevin, Gençlik ve Spor uzmanı Yusuf Ertan, Gençlik ve Spor uzman yardımcısı Sedar Tezcan, Gençlik Hizmetleri müdiri Mehmet Ünlü, Genclik Merkezi müdiri Murat Peşmen iştirak ediblər.
İlk öncə Günel Həsənova və Namiq Tarverdiyev Gənclər Evinin və Gənclər və İdman İdarəsinin fəaliyyəti haqqında qonaqlara geniş məlumat verib.
Daha sonra Gənclər və İdman Nazirliyinin nümayəndələri tərəfindən təqdim olunan gənclərlə bağlı videoçarxı izləyiblər.
Çay süfrəsi ətrafında Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərindən, hər iki xalqın xoş və çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşməyindən danışılıb.
44 günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstək verməsinin müharibədəki qələbəmizə təsirli olduğu qeyd olunub.
Sonra ölkələrimizin gənclər siyasəti və idman sahəsində əməkdaşlığının möhkəmləndirildiyi qeyd olunaraq, idman və gənclər siyasəti, bu sahələrdə həyata keçirilən layihələr haqqında geniş məlumat verilərək, gənclərlə işləyən mütəxəssislərin mübadilə proqramları, gənclər və idman idarələri arasında əməkdaşlıq və mübadilə, birgə layihələrin keçirilməsi, gənclər və idman sahələrində gələcək inkişaf perspektivləri müzakirə edilib.
Qeyd edək ki, Türkiyə nümayəndəliyi tərəfindən Azərbaycan nümayəndələri Türkiyəyə dəvət edilib.
Sonda tədbir iştirakçılarına xatirə hədiyyələri təqdimatı edilərək, xatirə şəkli çəkilib.
Bineqedi.info
Bir 12 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 3 kişi, oturan insanlar, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 6 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilirBir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 5 kişi ve ayakta duran insanlar görseli olabilirBir 3 kişi ve ayakta duran insanlar görseli olabilirBir 6 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir3 kişi, ayakta duran insanlar ve iç mekan sanatı olabilirBir 8 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 4 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 4 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 5 kişi ve ayakta duran insanlar görseli olabilirBir 5 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Əvvəlki məqaləKəmaləddin Qafarov: “Türkiyə daim ölkəmizin, xalqımızın yanında olub”
Növbəti məqalədəBakıda “Formula-1″ə görə bağlanan küçələr açıqlandı – SİYAHI