Binəqədidə qəza zamanı çəkiliş aparan jurnalistlərə hücum edilib

0
71
bineqedi-qeza

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Bineqedi.info saytı APA-ya istinadən xəbər verir ki, hadisə DSX yolunda qeydə alınıb.

Belə ki, “Daewoo” markalı minik avtomobilinin sürücüsü geriyə dönmək istəyərkən “Niva” markalı maşın “Daewoo”ya çırpılıb. Qəza nəticəsində “Daewoo”da olan bir nəfər xəsarət alıb. Qəzanı işıqlandıran jurnalistlər hadisə şahidləri və avtomobil sürücüləri tərəfindən təzyiqlə üzləşib. Həmin şəxslər operator və jurnalistlərin ünvanın təhqiramiz ifadələr işlədərək onları vurmağa başlayıb.

Jurnalistlər polisə məlumat verdikdən sonra edilən təzyiqlərdən zorla yaxa qurtarıb.

Bineqedi.info

 

 

Əvvəlki məqaləBinəqədidə yaşayan Azad kişinin göyərçinləri – VİDEO
Növbəti məqalədəQanunsuz parklanma Prezidentin göstərişilə ləğv edildi – FOTOLAR