Binəqədi Rayon İcra Hakimiyyətində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib

0
44
bineqedi-tibb-iscilerinin-pese-bayrami.png
Binəqədi Rayon İcra Hakimiyyətində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin məsul əməkdaşları iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan Sevinc Süleymanova səhiyyə nümayəndələrini 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edərək, özünün inkişaf mərhələsini yaşayan Azərbaycan səhiyyəsində uğurla aparılan islahatlardan, maddi-texniki bazanın təkmilləşdirilməsindən, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət sayəsində bu sahədəki irəliləyişlərdən söz açaraq, ölkəmizdə tibb müəssisələrinin təmir və bərpasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunmasının, onların müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin səhiyyə sahəsində aparılan islahatların başlıca istiqamətlərini təşkil etdiyini, bu fədakar peşə sahiblərinin dünyada COVİD-19 pandemiyası, Azərbaycanın Zəfər çaldığı Vətən müharibəsi dövründə böyük fədakarlıqlar göstərdiklərini və eyni zamanda onların da sıralarında mərd oğul və qızlarımızın şəhid olduğunu vurğulayaq, həkimlərimizə böyük ehtiramını bildirdi.
Tədbirdə iştirak edən səhiyyə işçiləri tibb müəssisələrində yaradılan şəraitə və onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər.
Sonda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup tibb işçisinə Rayon İcra Hakimiyyəti başçısının adından Fəxri Fərman və gül dəstələri təqdim etdilər.
Bineqedi.info
Bir 10 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirFotoğraf açıklaması yok.Bir 10 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 11 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 3 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir çiçek ve iç mekan görseli olabilirBir 13 kişi ve ayakta duran insanlar görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar, çiçek ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar, çiçek ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi ve ayakta duran insanlar görseli olabilirBir 2 kişi, ayakta duran insanlar, çiçek ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Əvvəlki məqaləİrəvan Zəngəzur dəhlizini açmasa, Azərbaycan güc tətbiq edəcək?
Növbəti məqalədəYAP Binəqədi rayon təşkilatı tərəfindən şəhid övladları üçün aksiya keçirildi