Binəqədidə şəhid bulağının açılışı olub – FOTOLAR

0
65
bineqedi-sehid-bulagi.png

Binəqədidə Vətən müharibəsi şəhidi Turan Şərifovun doğum günü münasibətilə xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunan bulağın açılışı olub.

Bineqedi.info saytına verilən məlumata görə, əvvəlcə şəhidin məzarı ziyarət olunub. Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin böyük məsləhətçisi Fizuli Mehrabzadə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, şəhidin ailə üzvləri və fəal gənclər iştirak ediblər.

Qeyd edək ki, Şərifov Turan Vidadi oğlu 2-ci Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, şəhid əsgər Turan Vidadi oğlu Şərifov “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Bineqedi.info
Bir 5 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 6 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilirBir 9 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilirBir 8 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilirBir 10 kişi, ayakta duran insanlar, ağaç ve açık hava görseli olabilirBir 14 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 4 kişi, ayakta duran insanlar, anıt ve açık hava görseli olabilirBir 7 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 6 kişi ve ayakta duran insanlar görseli olabilirBir 5 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir
Əvvəlki məqaləBinəqədidə parkda qəsdən yanğın törədilib? – Saxlanılan var
Növbəti məqalədəMillət vəkili Azay Quliyev 7-ci mikrorayonda seçicilərlə görüşdü – FOTOLAR