Binəqədidə parkda qəsdən yanğın törədilib? – Saxlanılan var

0
59
bineqedi-yangin.png

Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, R.Behbudov küçəsində yerləşən “Dendroloji park”ın ərazisində yanğın hadisəsi baş verib.

Bineqedi.info saytı Fövqəladə Hallar Nazirliyinə istinadən (FHN) xəbər verir ki, yanğın nəticəsində 500kv.m. sahədə quru ot yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın söndürələrək alovun ətraf ərazilərə yayılmasına imkan verilməyib.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən operativ olaraq hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Araşdırmalar nəticəsində yanğını qəsdən törətməkdə şübhəli bilinən Səmədov Emil Nazim oğlu müəyyən edilib. E.Səmədov yanğını qəsdən törətdiyini etiraf edib.

Qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsi üçün Səmədov Emil Nazim oğlunun barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinə göndərilib.

Bineqedi.info

3d50a3ca-a604-3d8a-b75c-096ee9607ad6_850 (1).jpeg (100 KB)

de514375-10e1-354e-85fa-cf0c210bfa73.jpeg (80 KB)

Əvvəlki məqalə“Milli Qəhrəmanları Tanıtma” İB-in Binəqədi nümayəndəliyinin sədri yazır – MƏQALƏ
Növbəti məqalədəBinəqədidə şəhid bulağının açılışı olub – FOTOLAR