Binəqədinin igid oğlu, şəhid Anar Məmmədovun məzarı ziyarət olunub – FOTOLAR

0
110
bineqedi-sehid-mezar.png
Şəhid Anar Məmmədovun doğum günündə xatirəsinin yad olunması məqsədilə məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri qoyulub.
Bineqedi.info saytı xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, Binəqədi
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon
Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən
müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Səməndər Mənəfov,
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev “Binəqədi Gənclər
Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və fəal gənclər iştirak
ediblər.
Qeyd edək ki, Anar Kərəm oğlu Məmmədov 06.07.1984-cü il Bakı şəhəri Binəqədi rayonunda dünyaya göz açıb. Binəqədi rayonu 115 saylı tam orta məktəbin məzunu olub, elə həmin il Azərbaycan Tibb Universitetinin “Pediatriya” fakültəsinə daxil olmuşdu. 2006-cı
ildə öz istəyi ilə ixtisasını hərbi tibb kafedrasına yönləndirmişdi.
2008-ci ildə Şəmkir rayonunda leytenant rütbəsi ilə ixtisasını davam etdirmişdi. 2009-cu ildən 2013-cü ilədək Füzuli rayonunda “N” saylı hərbi hissədə xidmət etmiş, daha sonra Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissədə, ordan da sülhməramlılarla birgə 6 ay
Əfqanıstanda xidmət etmişdi. Oradan döndükdən sonra Ağcabədi, Beyləqan, Qusar
rayonlarında yerləşən müxtəlif hərbi hissələrdə xidmət etmiş, 2018-ci ilin dekabr ayında
Bakıda tibb xidməti kapitanı rütbəsi ilə xidmətini davam etdirmişdi. Azərbaycan Silahlı
Qüvvələrinin tibb xidməti kapitanı olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də
başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının
azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbiçiləri döyüş meydanından çıxarıb. Anar
Kərəm oğlu Məmmədov 02.11.2020-ci il tarixində Xocavənd istiqamətində gedən
döyüşlər zamanı Şəhidlik zirvəsinə ucalıb.
2020-ci il noyabr ayının 4-də II Fəxri Xiyabanda dəfn edilib. Prezident İlham
Əliyevin Sərəncamına əsasən, ölümündən sonra şəhid kapitan Anar Kərəm oğlu
Məmmədov “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”,
“Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif
olunub.
Bineqedi.info
Bir 7 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 6 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq hava şəkili ola bilər
Bir 8 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq hava şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq hava şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq hava şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilər
Əvvəlki məqaləMillət vəkilimiz Azay Quliyev ATƏT PA-da komitə sədri seçilib – VİDEO
Növbəti məqalədəMinsk qrupunun gələcəyi yoxdur – ABŞ-ın sabiq səfiri