Binəqədidə uzunluğu 1 kilometrdən çox olan yol təmir edilir – VİDEO

0
48
bineqedi-rayon-yol-temir.png

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin 1 May küçəsini təmir edir.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 1 056, eni ortalama 6 metr təşkil edən sözügedən küçədə aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb. Küçənin 5 650 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Hazırda kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılır.Biləcəridə uzunluğu 1 kilometrdən çox olan yol təmir edilir

Bu il Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,6 kilometr təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur. Agentlik ötən il adıçəkilən rayonda 15,4 kilometr uzunluğa malik küçə təmir edib.

Bineqedi.info

Əvvəlki məqaləKarantin rejimi qaydaları yenidən sərtləşdirilə bilər? – Üç qurum məlumat yaydı
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilib – FOTOLAR