Binəqədidəki ticarət mərkəzində mağaza sahibini öldürənlər öz qohumları olub?

0
114
meyit-cinayet-qetl-olum

Paytaxtın Binəqədi rayonunda yerləşən ticarət mərkəzində qətl törədilib.

Hadisə Bakı-Sumqayıt şossesində yerləşən “EuroHome” ticarət mərkəzində baş verib.

Belə ki, kombi satışı ilə məşğul olan dükan sahibi 1983-cü il təvəllüdlü Quliyev Şəmiddin Aydın oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Şəmiddin Quliyev boğaz və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslər ərazidən uzaqlaşıb.

Binəqədi Rayon Prokurorluğunun və polis idarəsinin əməkdaşları axtarışa başlayıb.

Yayılan son məlumata görə, Bakı-Sumqayıt yolunda yerləşən “Eurohome” mağazasındakı qətli törədənlər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, ticarət mərkəzində kombi satışı ilə məşğul olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyevin iş yerində çoxsaylı bıçaq xəsarətləri yetirilərək  öldürülməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutulub, istintaq davam edir.

Əvvəlki məqaləBinəqədidə kameranın yaddaş qurğusu oğurlanıb
Növbəti məqalədəPrezident: “Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir”