Prezident İlham Əliyev Masallı Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib.
Bineqedi.com saytı xəbər verir ki, sənədə əsasən, Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı postundan uzaqlaşdırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Sənədə əsasən, Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı postuna gətirilib.
2021-ci ilin aprel ayından Lerik rayon icra başçısı vəzifəsi boş idi.
Göygöl Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi bu ilin 22 may tarxindən boş idi.