Binəqədinin igid oğlu, şəhid Ramiz Ağayevin məzarı ziyarət olunub – FOTOLAR

0
61
sehidin-mezari-ziyaret-bineqedi
Vətən müharibəsi şəhidi Ramiz Ağayev İmamverdi oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.
Bineqedi.info xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, şəhid ailələri, qəsəbə sakinləri, fəal gənclər və rayon ictimaiyyəti iştirak ediblər.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək bildirib ki, vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova torpaqlarımızın azadlığı, ərazilərimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinə, əzizlərinə böyük ehtiramını bildirərək qeyd edib ki, şəhidlər ölməz və heç zaman unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.
Ağayev Ramiz İmamverdi oğlu 25 iyul 1993-cu ildə Bakı şəhəri, Biləcəri qəsəbəsində anadan olub.
1999-cu ildə Binəqədi rayonu Biləcəri qəsəbəsinin 301 saylı tam orta məktəbdə təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanır və valideynlərinə bu işə böyük sevgisinin yarandığını deyir. Bundan sonra validynlərinin də dəstəyi ilə sənədlərini Daxili Qoşunların komandanlığına təqdim edir. Xidmətinin ilk illərindən kollektivin rəğbətini qazanır. Hərbçi kimi daim təlimlərdə iştirak edir, müxtəlif mükafatlara layiq görülür. Xidmət dövrünün 7 ilini paytaxtdakı hərbi hissələrdən birində, qalan 3 ilini isə bölgələrdə yerləşən hərbi hissələrində keçirir. Seçdiyi peşənin çətinliyinə baxmayaraq işi ilə fəsxr edirdi. Daxili Qoşunlarının çavuşu olan Ramiz Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmək üçün düşünmədən döyüşlərə qatılır. İlk döyüşünü Murov dağında balşayan Ramiz daha sonra Füzuli uğrunda gedən ağır döyüşlərə qatılır. Döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edən Ramiz boğaz və çiyin nahiyəsindən yaralanır. Yaralı olduğuna baxmayaraq Ramiz döyüş yoldaşlarını tək buraxmır, onlarla birlikdə irəliləyir. Lakin yaraları ağır olduğundan onu hospitala yerləşdirirlər. Bir müddət burada müalicə alan Ramiz yenidən döyüşlərə qayıtmağını bildirir. Lakin ona burada qalıb yaralarının tam sağalmasını bildirirlər. Bütün təhkidlərə baxmayaraq Ramiz dostlarının və şəhid yoldaşlarının qisasını almaq və ən əsası işğal altında olan torpaqlarımızı azad etmək üçün təkrar döyüşlərə qatılır. Ramiz Şuşa uğrunda gedən döyüşlərə qatılır və noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlər zamanı ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalır. General olmaq arzusuna çata bilməsə də, döyüşlərdə göstərdiyi şücaəti, qoçaqlığı ilə şəhadət zirvəsinə yüksələn xüsusi təyinatlı çavuş, şəhid Ramiz Ağayev 2-ci Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Ağayev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Bineqedi.info
Bir 7 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilir
Bir 3 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilirBir 7 kişi, ayakta duran insanlar, gül ve açık hava görseli olabilirBir 3 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 4 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 3 kişi ve ayakta duran insanlar görseli olabilirBir 6 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 8 kişi, oturan insanlar, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 1 kişi, ayakta ve şunu diyen bir yazı 'Bakı şahari Binaqadi Rayon Iera Hakimiyyati Binaqadi Şahidlari: Şahidlarimizi tanıyaq ขอ tanıdaq! Şahid MAXE çavuş Ağayev Ramiz İmamverdi oğlu Şahidlarimizin ruhu qarşısında baş ayirik! 25.07.1993 1993 07.11.2020 2020' görseli olabilir
Əvvəlki məqaləBinəqədidə evdən 5000 manatlıq qızıl oğurlanıb
Növbəti məqalədəBinəqədidə evdən 23 min manatlıq oğurluq edilib