Binəqədidə evdən 23 min manatlıq oğurluq edilib

0
62
besinci-polis-bolmesi.

Bakıda evdən 23 000 manatlıq oğurluq edilib.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 16 170 manat pul və 7 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini İ.Zərbalıyev saxlanılıb.

Araşdırma aparılır.

Daha bir şəxs isə hədələnərək avtomobilindən 5800 manat pulu aparılıb.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də 28 May qəsəbəsi ərazisində Abşeron rayon sakini İ.Rüstəmovu xuliqanlıq zəminində bıçaqla hədələyib “VAZ-2107” markalı avtomobilinin ön şüşəsini sındırmaqda və avtomobildən 5800 manat pulunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri C.Rəhmanov və qardaşı, əvvəllər məhkum olunmuş N.Rəhmanov saxlanılıblar.

Araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədinin igid oğlu, şəhid Ramiz Ağayevin məzarı ziyarət olunub – FOTOLAR
Növbəti məqalədəBinəqədidə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib – FOTOLAR