Binəqədi rayonunda “Yay Sezonu” təcrübə proqramının üzrə fəaliyyətlər davam edir.
Bineqedi.info xəbər verir ki, layihə çərçivəsində “Velotrek” idman kompleksinə infotur təşkil olunub.
Azərbaycan Velosiped Federasiyasının əməkdaşı Səhər Mehman tərəfindən kompleksinin fəaliyyəti, velosipedlərin növləri haqqında gənclərimizə məlumat verilib.
Daha sonra gənclərimizə kiçik təlim keçirilib, təlimdən sonra velotrek meydançasında velosiped sürüblər.
Olduqca maraqlı keçən infoturun təşkil olunmasında “Velotrek” idman kompleksinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirik.
Bineqedi.info







