Binəqədidə üç nəfər taksi sürücüsünü bıçaqla hədələyib

0
107
bineqedi-polis-bolmesi

Bakının Binəqədi rayonu ərazisində üç nəfər taksi sürücüsünü bıçaqla hədələyib.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə iyulun 26-da saat 23 radələrində Xocəsən qəsəbəsi ərazisində “Tofaş” markalı taksidə 3 nəfərin Masallı rayon sakini Ş.Əliyevi bıçaqla hədələyib içərisində pulu və sənədi olan pul qabısı quldurluq yolu ilə talamaları və avtomobildən düşürmələri barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Abşeron rayon sakini K.Quliyev, Sabirabad rayon sakini A.Həsənov və Bərdə rayon sakini S.Kərimova müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə yaşıllıq ərazidə tikinti aparmağa cəhd göstərilib?
Növbəti məqalədəBinəqədi rayon ərazisində namizədliyi irəli sürülərək qeydiyyatdan keçən gənclərlə görüş – FOTOLAR