Qriqoryanın gecikmiş etirafı – Ermənistanın çıxış yolu qalmadı…

0
67
zengezur-dehlizi-qarabag.png

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə açıqlama ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan gündəmə gəlib.

Bineqedi.info saytı xəbər verir ki, “Bizim qanunvericiliyimizə daxil olduğuna görə bunu tanıyırıq”, -deyən Qriqoryanın fikrincə, Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur.

O, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın təklif etdiyi münasibətlərin normallaşdırılmasına dair beş bəndlik sənədi məqbul hesab edir.

İşğalçı ölkə rəsmisinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mesajı nədən xəbər verir?

Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Ermənistanın Azərbaycanın ərazi bötüvlüyünü tanımaqdan başqa çıxış yolu yoxdur.

Deputatın sözlərinə görə, Ermənistan rəsmiləri “ərazi bütövlüyünü tanıyırıq” açıqlamasını xoşluqla dilə gətirmirlər:

“Burada əsas məsələ gücdür. Cənab Prezidentin bəyan etdiyi kimi, Azərbaycanın güclü təzyiq mexanizmləri var. Biz öz torpaqlarımızı işğaldan azad etmişik. Kiminsə torpağına göz dikməmişik. Əlavə torpaq almamışıq ki, Ermənistan onu qəbul etməsin? Hansı ərazi və sərhədlə Birləşmiş Millətlər Təşkilatına qəbul olunmuşuqsa, həmin ərazi daxilində olan ölkəyik, düşmənlərimiz də bunu qəbul etmək məcburiyyətindədirlər. Nə qədər müddətdən sonra ərazi bütövlüyümüzü tanıyacaqlarını yaxşı bilirlər”.

E.Məmmədov qeyd edib ki, ermənilər heç vaxt dedikləri sözlərə, vədlərə əməl etməyiblər:

“30 il ərzində aparılan danışıqlarda yüzlərlə vəd verirdilər, heç birinə də əməl etmirdilər. 2020-ci ilin 10 noyabrında imzalanmış sənədə əsasən öhdələrinə düşən heç nəyə əməl etmirlər. Ancaq məcburiyyət qarşısında qalanda nəyəsə əməl edirlər. Belə nəticəyə gəlirik ki, xoşluqla nə sülh sazişi imzalamağa gedəcəklər, nə ərazi bütövlüyümüzü tanıyacaqlar, nə də ordularının törtöküntülərini Azərbaycan torpaqlarından yığacaqlar. Tək çarə onları 44 günlük Vətən müharibəsində olduğu kimi əllərini qaldırıb yalvarmaq həddinə gətirməkdir. Tarix bunu göstərir ki, sülh və Ermənistan 180 dərəcə əks istiqamətdədir. Onları sülhə gətirməyin yeganə yolu gücdür”.

Əvvəlki məqaləBaş Prokurorluqdan jurnalistlərə XƏBƏRDARLIQ
Növbəti məqalədəZakir Həsənov təxribatlarla bağlı əmr verdi