Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb

0
51
receb-tayyib-erdogan

“İki gün əvvəl qardaşım İlham Əliyevlə Qarabağdakı vəziyyətlə bağlı ətraflı danışdıq”.

Bineqedi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərindən səfərdən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib.

“Əvvəla, azərbaycanlı qardaşlarımızın birinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”, – dövlət başçısı vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu pisləyib. Bu barədə dövlət başçısı Rusiyanın Soçi şəhərindən səfərdən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycanın Londondakı səfirliyinə hücumu da qəbuledilməz hesab edirik. Ümid edirik ki, bu hadisə ciddi və ətraflı araşdırılacaq və günahkarlar lazımi cəzanı alacaqlar”, – Türkiyə lideri qeyd edib.

Əvvəlki məqalə3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək – SİYAHI
Növbəti məqalədəAğdaban, Sərsəng su anbarı… – Buzdux dağının strateji əhəmiyyəti NƏDİR?