Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocəsən qəsəbəsində yerləşən Camal LTD şirkətinə məxsus ticarət markası olan “İCELAND” dondurma zavodunda və Biləcəri qəsəbəsində yerləşən meyvə-tərəvəz məhsullarının emalı üzrə ixtisaslaşmış “Brightman BMC” MMC-də görüş keçirilib. Bineqedi.com xəbər verir ki, sahibkarla keçirilmiş görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Aparatın sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsinin əməkdaşları, Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin müavini Ramiz Həsənzadə, Xocəsən qəsəbə bələdiyyəsinin sədri Nigar Məmmədova, Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov və Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov iştirak edib.
Görüşdə sahibkarı maraqlandıran məsələlər, həmçinin nəzərdə tutulan yeni layihələr müzakirə edilib. Həmçinin, xüsusi qeyd edilib ki, müəssisədə çalışan işçi heyətinin əksəriyyəti məhz Xocəsən və Biləcəri qəsəbələrində yaşayan sakinlərdir. Görüşün növbəti hissəsi işsizliyin aradan qaldırılması, xüsusilə qadınların cəmiyyətdə aktivliyinin artırılması mövzusunda müzakirə ilə davam edib.
Bineqedi.com