Binəqədi rayonu ərazisində davamlı şəkildə aparılan abadlıq, təmizlik, yaşıllıq sahələrinin suvarılması, təmir və bərpa işləri və s., həmçinin Rayon İcra Hakimiyyəti başçısının sakinlər ilə keçirilən səyyar görüşlər zamanı vətəndaşların qeyd etdiyi və onları narahat edən problemlərin operativ şəkildə həll edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Bineqedi.com xəbər verir ki, bu barədə Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Yol kənarında hərəkətə mane olan irigövdəli ağaclar budanır, dibləri yumşaldılır, həmçinin ərazidə olan bütün ağaclar suvarılır.
Binaların qarşısında olan istirahət guşələrindəki oturacaqlar təmir edilir.
Eyni zamanda rayon ərazisində yerləşən bir sıra yerlərdə hasarlar rənglənir, məişət tullantıları konteynerləri təmir-bərpa edilir.
Bineqedi.com


