Binəqədidə mağazadan 4000 manatlıq oğurluq olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir mağazadan 4000 manat dəyərində mobil telefonları və aksessuarları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş R. Nəsirov saxlanılıb.
Bineqedi.com