Qarabağda itkin düşənlərin ailə üzvlərindən nümunələr toplanılıb

0
49
Mudafie-nazirliyi

700 biloji istinad nümunəsi, 90-cı illərdə baş vermiş döyüş əməliyyatlarında itkin düşmüş şəxslərin 303 ailə üzvündən toplanılıb.

Bineqedi.com saytı Trend-ə istinadən xəbər verir ki, bu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 2022-ci ilin yanvar – iyun ayları ərzində həyata keçirdiyi fəaliyyətlərə dair statistik məlumatda qeyd olunur.

Bildirilir ki, bu nümunələr mümkün ekshumasiya zamanı identikifasiyaya dəstək üçün istifadə edilə bilər. Proses ərzində, 47 ailə üzvünə psixo- sosioloji dəstək göstərilib.

7 superviziya sessiyası bioloji istinad nümunələri götürülərkən itkin düşmüş
şəxslərin ailə üzvlərinə dəstək göstərən müşayiətçilər üçün keçirilib.

İtkin düşmüş şəxslərin taleyinin və olduğu yerinin müəyyən olunması tədbirlərində iştirak edən müxtəlif milli qurumlardan 53 nümayəndə üçün növbəti mövzularda 3 beş günlük kurs keçirilmişdir: İnsan qalıqlarının götürülməsi, Təməl osteoloji təhlil və

Məhkəmə arxeologiyası üzrə maarifləndirmə.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir.

Bineqedi.com-un Müdafiə Nazirliyinə istinadən xəbərinə görə, həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir.

Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir.

Bineqedi.com

Əvvəlki məqaləLaçından sonra hədəf bu şəhərdir – Deputatdan açıqlama
Növbəti məqalədəBinəqədi sakini Şirvanda ağır qəza törətdi