Binəqədidə üç nəfərin ölümünə səbəb olan şəxs məhkəmə zalında həbs edilib

0
46
mehkeme-qanun-edalet

Bakıda yol qəzası zamanı üç nəfərin ölümünə səbəb olan Firudin Əsədova hökm oxunub. O, məhkəmənin qərarı 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs olunub.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Firudin Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili idarəetməni itirərək Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobili ilə toqquşub.

Hadisə nəticəsində sürücü E.Eyvazov, sərnişinləri – 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.report

Əvvəlki məqaləBinəqədidə bir küçə 39 ildir ki, asfalt örtüyünə həsrətdir – VİDEO
Növbəti məqalədəKamaləddin Qafarov: “Laçın azaddır, növbədə Zəngəzur dəhlizinin açılmasıdır”