Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir.
Bineqedi.com xəbər verir ki, Binəqədi Gənclər Evində “Fəxri qonaq” layihəsinin növbəti görüşü Azərbaycanlı sərbəst güləşçi, 2021-ci il İslam Həmrəyliyi oyunlarının qalibi Mariya Stadnik olub.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Günel Həsənova və gənclər iştirak edib.
Görüşdə Mariya Stadnik idmana necə başlamağından, qazandığı uğurlardan bəhs edib. İdmana yeni başlayan gənclərə məsləhətlərini veren idmançımız, onlar tərəfindən verilən sualları da ətraflı şəkildə cavablandırıb.
Olduqca maraqlı keçən görüşün sonunda Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova tərəfindən hədiyyələr verilib və xatirə şəkli çəkilib.
Görüşdən sonra çay süfrəsində Binəqədi Gənclər Evinin direktoru G. Həsənova tərəfindən keçirilən layihələr haqqında ətraflı məlumat verilib.
Xatırladaq ki, sərbəst güləşçimiz Avropa Çempionatının qızıl medallarını (2008, 2009, 2011, 2014, 2016, 2017) qazanıb, həmçinin 2015-ci ildə baş tutan I Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Bineqedi.com