Binəqədidə avtomobil 70 yaşlı piyadanı vuraraq öldürüb

0
76
bineqedi-rayon-polis-idaresi

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bineqedi.com saytı Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 66 yaşlı Hidayət Cavanşirov “Audi” markalı avtomobili ilə Mehdiabad yolunda, təxminən, 70 yaşlı qadını vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Bineqedi.com

Əvvəlki məqalə“Milli dövlətçilikdə yeni nəfəs” – Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri yazır
Növbəti məqalədəVüsar İsmayılov: “Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir” – VİDEO