Binəqədidə dəniz sahilinə tullantıların atılmasının qarşısı alınıb

0
81
bineqedi-rayon-yol-temir.png

Binəqədi rayonu, Novxanı qəsəbəsinin dəniz sahilinə tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Bineqedi.com saytının xəbərinə görə, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə təbii qrunt sularından ibarət axarda məişət tullantılarının qalaqlandığı və nəticədə suyun çirkləndiyi müəyyən edilib.

“Binəqədi Rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən axar tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyəyə tapşırıq verilib”, – V.Cavadov qeyd edib.

Bineqedi.com

Əvvəlki məqaləBirdəfəlik ödəmə təyin olunan müharibə əlillərinin sayı 14 mini ötüb – FOTO
Növbəti məqalədəBinəqədidə “Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir keçirilib – FOTOLAR