Prezident İlham Əliyevə vətəndaşlardan təşəkkür və dəstək məktubları gəlməkdə davam edir.
Bineqedi.info saytı Binəqədi sakinlərinin dövlət başçısına ünvanladıqları məktublardan bəzilərini təqdim edir:
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Mən Vətən müharibəsi şəhidi Nicat Səmədovun atası olaraq, bu məktubu Sizə böyük fəxarətlə yazıram. Siz Qarabağın azadlığı ilə Azərbaycan tarixinə şanlı səhifə yazdınız.
Müzəffər Ali Baş Komandan, Sizin apardığınız uğurlu siyasətin nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Şəhid ailələrinə qayğı və dəstək Sizin fəaliyyətinizin əsas istiqamətlərindən biridir. Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqilliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlər Sizin şəhidlərimizin ruhuna sonsuz hörmət və ehtiram hissindən irəli gəlir.
Bildirmək istəyirəm ki, şəhid ailələrinin sosial vəziyyətinin və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər bir şəhid ailəsi kimi bizə də şamil olundu və biz mənzillə təmin edildik.
Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirir, işlərinizdə yeni uğurlar arzulayıram. Müstəqil Azərbaycanın firavanlığı naminə apardığınız siyasətdə Tanrı Sizə yar olsun.
Hörmətlə,
Şahin Səmədov
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi.
***
Hörmətli və əvəzsiz Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız.
Öncə, Siz başda olmaqla xalqımızı Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıtmağımız münasibəti ilə təbrik edirəm.
Korpus komandirinin Sizə etdiyi məruzəsini sevinc və qürurla izlədik. Tanrımız Sizi qorusun! Ulu Öndərimizin ruhu şad olsun!
Siz cəsarətli, millətini çox sevən, nəyi necə və nə vaxt etməyi bilən ölkə rəhbərisiniz. Var olasınız!
Hörmətlə,
Səmədov İzzət Əsədulla oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
***
Hörmətli cənab Prezident.
Sizin qətiyyətiniz, uzaqgörən siyasətiniz, Ali Baş Komandan kimi mahir sərkərdəlik bacarığınız sayəsində Vətən müharibəsində Qələbə qazandıq, doğma Qarabağımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Mən həm I Qarabağ, həm də 44 günlük Vətən müharibəsi iştirakçısıyam. Torpaqlarımızın qarış-qarış işğaldan azad olunmasının, şəhidlərimizin qanı bahasına Vətənə çevrilməsinin şahidiyəm. Zəfər tariximizdə mənim də payımın olması mənə bir ömürlük xoşbəxtlik hissləri bəxş edib.
Cənab Ali Baş Komandan, müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdaram. Azərbaycan xalqının rifahı naminə gördüyünüz işlərdə Sizə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
İmranov Səyavuş Saleh oğlu
III qrup Qarabağ əlili
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi
***
Hörmətli cənab Prezident.
Kəlbəcərin abadlaşdırılması yolunda çəkdiyiniz zəhmətə, orada ilk müəssisələrin təməl daşlarının qoyulmasında iştirakınıza görə Sizə Kəlbəcər ziyalıları adından və öz adımdan dərin minnətdarlığımı bildirirəm.
Səfasını görəsiniz.
Allah Sizi və sevdiklərinizi qorusun.
Hörmətlə,
Şahbəndəyev Hüseyn
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi.