“Müəllim imtahan üçün istədiyi fənni seçəcək” – Eşqi Bağırov

0
35
bineqedi-rayon-mekteb-tehsil-sagird-usaq

İki ixtisaslı müəllimlərin sertifikasiya prosesi bir fənn üzrə həyata keçiriləcək.

Bineqedi.com xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda deyib.

Nazirlik rəsmisi bildirib ki, sertifikatlaşma prosesi zamanı müəllimin hansı fəndən dərs saatı çoxdursa, o fəndən imtahan verəcək:

“Əgər fənlərin saatı bərabərdirsə, bu zaman proses müəllimin öhdəliyinə buraxılacaq. Müəllim istədiyi fənni seçərək, ondan imtahan verəcək”.

Bineqedi.com

Əvvəlki məqalə“Whatsapp”dan göndərilən mesajlara aldanmayın! – AMB
Növbəti məqalədəBinəqədi sakinləri Prezidentə yazırlar – MƏKTUBLAR