Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR

0
54
elxan-allahverdiyev-qebul
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə iştirak edən qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildiriblər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, Elektron Hökümət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ portalından istifadə etməklə, müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olmasını vurğulayıb.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin su çatışmazlığı və yolun təmir edilməsi, yeni ad verilmiş küçəyə lövhələrin vurulması, Zəngilan rayonu Vətən Müharibəsi Qəhrəmanı S.Noçuyev adına 1 saylı tam orta məktəbə müvəqqəti yer verilməsi, kanalizasiya xəttinin çəkilməsi, qəsəbə ərazisində yeni konteynerlərin qoyulması, piyadalar üçün sürət tənzimləyici nişanının qoyulması, küçə işıqlandırılması və yeni çəkilmiş su xəttinin birləşdirilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Rayon İcra Hakimiyyəti başçısı görüşdə qəsəbə sakininin açıq şəkildə axan kanalın təmizlənməsi ilə bağlı müraciəti əsasında görüşdən sonra əraziyə baxış keçirib və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bineqedi.com
May be an image of 6 people, people standing and indoorMay be an image of 6 people, people standing and indoorMay be an image of 8 people, people standing, people sitting and indoorMay be an image of 2 people, people sitting, people standing and indoorMay be an image of 10 people, people sitting, people standing and indoorMay be an image of 8 people, people sitting, people standing and indoor
May be an image of 11 people, people standing and outdoorsMay be an image of 5 people, people standing and outdoors
Əvvəlki məqaləBinəqədidə qadının qızıl boyunbağısını oğurlayan şəxs saxlanılıb – VİDEO
Növbəti məqalədəPrezident Binəqədidə yeni inşa olunan məktəbin açılışında iştirak etdi – FOTOLAR