Binəqədi rayon Ağsaqqallar Şurasının sədr müavini, ziyalı Cahangir Qocayev vəfat edib.
Bineqedi.com saytı xəbər verir ki, bu barədə Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd olunub ki, uzun illər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində rəhbər vəzifələrdə çalışmış Cahangir Qocayev xəstəlik səbəbindən dünyasını dəyişib.
“Binəqədi Rayon İcra Hakimiyyəti və rayon ictimaiyyəti adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik”,-deyə açıqlamada bildirilib.
Bineqedi.com
