Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu zamanı qəsəbə sakinlərinin açıq şəkildə axan kanalın təmizlənməsi ilə bağlı müraciətinə əsasən, tərəfimizdən aidiyyəti üzrə “Azərsu” ASC-yə müraciət edilib.
Bineqedi.com xəbər verir ki, “Azərsu” ASC tərəfindən həmin ərazidə yeni xəttlərin çəkilməsi məqsədilə təsdiqlənmiş layihəyə əsasən problemin aradan qaldırılması istiqamətində işlər görülərək açıq kanal təmizlənib, həmçinin 50 metr uzunluğunda, diametri 300-lük olan boru xəttləri yenidən qurulub və üzəri torpaqla bərkidilib.
Bineqedi.com




