Binəqədidə şəhid Teymur Yaqubovun xatirəsi anıldı – FOTOLAR

0
79
bineqedi-sehid-anim-binagadi
I Qarabağ müharibəsi şəhidi Teymur Mansur oğlu Yaqubovun doğum günündə əziz xatirəsi anılıb.
Bineqedi.com saytı xəbər verir ki, anım mərasimində şəhidin ailəsi, Binəqədi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov, Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal gəncləri və rayon ictimaiyyəti iştirak ediblər.
Mərasimdə şəhid Teymur Yaqubovun əziz xatirəsinə qoyulmuş barelyefin qarşısına gül dəstələri düzülübb. Ziyarət zamanı Binəqədi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq məhz Teymur Yaqubov kimi qəhrəman oğullarımızın göstərdiyi şücaətin 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun əldə etdiyi Qələbədə böyük mənəvi rolu olduğunu qeyd edib.
Şəhidin anası və ailə üzvləri şəhid ailələrinə hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikaının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından təşəkkürünü bildiriblər.
Bineqedi.com
May be an image of 1 person, monument, outdoors and textMay be an image of 5 people and people standingMay be an image of 7 people, people standing and outdoorsMay be an image of 6 people, people standing and outdoors
Əvvəlki məqaləBinəqədi Rayon Ağsaqqallar Şurasının sədri yazır – YENİ MƏQALƏ
Növbəti məqalədəBakıda bu küçələrdə sürət 30 km/saata endirildi – SİYAHI