Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu zamanı edilmiş müraciət müsbət həllini tapıb.
Bineqedi.com saytı xəbər verir ki, səyyar qəbul zamanı qəsəbə sakinləri məktəbin yaxınlığındakı elektrik qovşağının yerinin dəyişdirilməsini xahiş etmişdilər.
Bu barədə Binəqədi Rayon İcra Hakimiyyəti məlumat yayıb. Qeyd olunub ki, Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbin qarşısında yerləşən elektrik qovşağının yerinin dəyişdirilməsi və təhlükəsizliyin təmin olunması ilə bağlı sakinləri müraciəti aidiyyəti üzrə “Azərişıq” ASC-yə göndərilən müraciətə əsasən öz müsbət həllini tapıb.
Elektrik qovşağının yeri dəyişdirilib, ətrafı isə metal torla bağlanıb.
Bineqedi.com
