Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bineqedi.com saytı APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
Naməlum avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Sürəyya Əfəndiyevanı vurub hadisə yerindən qaçıb. Zərbə nəticəsindən qadın qarşı yolda hərəkətdə olan Hüseyn Fətullayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin qabağına düşərək ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlayıb.
Bundan başqa, Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1993-cü il təvəllüdlü Həsənov Tural Mətləb oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
“Mercedes” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.
Bineqedi.com saytı Fövqəladə Hallar Nazirliyininə istinadla xəbər verir ki, hadisə Bakı şəhərinin Binəqədi rayonunda olub.
Yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin ön qapısı qarsalanıb. Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğını yanğından mühafizə bölmələri söndürüb.