Binəqədi qəsəbəsində şəhidlərin anım mərasimi qeyd edilib – FOTOLAR

0
48
bineqedi-sehid-anim.png
Şəhid polkovnik-leytenant Anar Mehman oğlu Şükürovun II Fəxri Xiyabanda və şəhid baş leytenant Cəmil Nəcəf oğlu Nəcəfovun Binəqədi qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı Kompleksində şəhadətlərinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edilib.
Bineqedi.com saytına verilən məlumata görə, Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, Rayon Gənclər və İdman İdarəsinin, bələdiyyə rəhbərləri, 83 nömrəli məktəb-liseyin pedaqoji kollektivi, məktəblilər və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Vətən müharibəsində qəhrəmancasına döyüşərək, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edərək qeyd etdi ki, 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsi qələbəni şərtləndirən əsas amildir. Əsgərləri üçün öz sinələrini sipər edlb ən yüksək ali məqama yüksələn oğullarımız bizim qürur mənbəyimizdir. Onların bu qəhrəmanlıqları əbədi olaraq xalqımızın qəlbində yaşayacaq, gələcək nəsillərə bir örnək olacaqdır. Xalqımız bu oğullarımız ilə fəxr edir.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdiyindən bəhs etdi.
Daha sonra çıxış edən H. Hüseynov adına 83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova şəhid Cəmil Nəcəfovla bağlı xatirələrini bölüşərək kədərli olduqları qədər, qürur duyduğunu bildirdi və onun Vətən Müharibəsində iştirakından, göstərdiyi şücaətdən söz açdı. Sonda şəhidin ailəsinə başsağlığı verərək, torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimizin xatirəsinin gələcək nəsillərə nümunə olduğunu bildirdi.
Şəhid Anar Şükürovun oğlu Ümid Şükürlü atasının igidliyinə görə qürur duyduğunu və xalqımızın hər zaman şəhidlərimizin qəhrəmanlığını ehtiramla xatırlayacağını qeyd etdi.
Bineqedi.com 
Bir 4 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 15 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 12 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 10 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq hava şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 10 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 12 nəfər, ayaqüstə duran insanlar, hərbi forma və açıq hava şəkili ola bilərBir 1 nəfər, çiçək və açıq hava şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə 8 yaşlı uşağı avtomobil vurub
Növbəti məqalədəBakıda şam ağacları niyə quruyur? – Tədbirlər genişləndirildi – FOTOLAR