Polisə ictimai dəstək verənlər hələ də qalır? – RƏSMİ

0
116
din-daxili-isler-nazirliyi

Bir neçə il əvvəl Bakıda geyimlərinə “polisə ictimai dəstək” yazılan gənclərə tez-tez rast gəlinirdi. Hətta onların fəaliyyəti geniş müzakirələrə səbəb olmuşdu.

Bəs, Prezidentin fərmanı ilə icra olunan polisə dəstək layihəsi hələ də qalırmı?

Bineqedi.com xəbər verir ki, “Modern” məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sorğumuza cavab olaraq bildirib ki, polisə ictimai dəstək hələ də qanunamüvafiq qaydada davam edir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2016-cı ildə ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi məqsədilə fərman imzalayıb. Fərmana görə, hərbi xidməti keçmiş, boyu 1.70-dən yuxarı olan şəxslər könüllü olaraq ictimai polis xidməti ilə məşğul olur.

Polis əməkdaşlarından fərqli olaraq onlar tabel silahı ilə təmin olunmurlar. 20-24 yaşlı şəxslər könüllülük prinsipi əsasında xidmətə qəbul edilirlər. Polis orqanlarında sıravi heyətə qəbulda iki il aktiv işləyənlərə üstünlük verilir. Onlar müvafiq geyim forması, fərqlənmə nişanı, xüsusi vəsiqə ilə təmin olunurlar.

Polisə ictimai dəstək verənlər hələ də qalır? - RƏSMİ

Əvvəlki məqalə“Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddiasını rədd etməsi ciddi uğurdur”
Növbəti məqalədəYük avtomobillərinin paytaxta girişi məhdudlaşdırılır – XƏBƏRDARLIQ